Baş məşqçi darmadağın olduqları oyunda başını yardı - FOTO

13:00 17.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Malta milli komandasının baş məşqçisi Reymonc Farruca İspaniyaya 0:7 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyunu zamanı başını zədələyib. 

Hafta.az-ın məlumatına görə, hadisə 64-cü dəqiqədə rəqib 4:0 hesabı ilə öndə olduğu vaxt baş verib. Farruca məşqçi zonasında çərçivəyə tuş gəlib. Nəticədə onun başından qan açılıb. Həkimlər açıq yaraya sarğı qoyublar. 

Matçdan sonra mütəxəssis son 20 dəqiqədə nələrin baş verdiyini xatırlamadığını etiraf edib. 

Qeyd edək ki, Malta millisi AVRO-2020-nin seçmə mərhələsində 9 oyundan 8 məğlubiyyət və 1 qələbə ilə ayrılıb.