Baykal ətrafında meşə yanğınları 1 milyon hektar əraziyə yayılıb

09:15 05.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Baykalətrafı bölgəsində meşə yanğınlarının əhatə etdiyi ümumi ərazi mövsümün əvvəlindən bəri ilk dəfə 1 milyon hektarı ötüb.

Hafta.az-ın Avialesoohrana-nın məlumatına istinadən yazdığına görə, iyunun 3-nə olan məlumata əsasən, bölgədə 1 milyon 21 min hektar ərazini əhatə edən 47 meşə yanğını başlayıb. Regional Təbiət Nazirliyindən bildirilib ki, yanğınlardan 13-ü 183 min hektar sahədə nəzarət altına alınıb, qalan yanğınlar isə Baykalyanı bölgənin 12 rayonunda yanır.

“Yanğınlarla mübarizədə 1,7 minə yaxın meşə yanğınsöndürmə heyəti və 218 texnika istifadə olunur”, - deyə regional Təbiət Nazirliyinin məlumatında bildirilir.

Nazirlik, həmçinin elan edib ki, əlverişli buludların əmələ gəlməsi sayəsində əvvəllər Baykalətrafı bölgəyə yerləşdirilən An-26 Tsiklon bulud dağıdan təyyarəsi yanğınsöndürmə işlərinə cəlb edilib. “Kommersant” yazır ki, pirotexniki patronların köməyi ilə iki meşəlik ərazidə yağıntıya nail olunub.