Bayraq Günündə “Ekoloji təmizlik”aksiyası

13:44 08.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Respublika  Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə  9 Noyabr – Dövlət Bayraq Günü ərəfəsində Suraxanı rayonu Şərq Yaşayış Sahəsi ərazisində sözügedən rayon gənclərinin iştirakı ilə “Ekoloji təmizlik” layihəsi çərçivəsində  aksiya keçirildi. Xatırladaq ki, keçirilən aksiyada 300-ə yaxın gənc iştirak edirdi. Təxminən, 10 hektara yaxın ərazidə tullantılar sellofan kisələrə yığılaraq təmizlənildi.

 Aksiyada iştirak edən hər bir gəncin üzündə bayram əhval-ruhiyyəsi,  Vətən sevgisi duyulurdu. Bir neçə gəncə yaxınlaşıb, onlardan bu aksiyada iştirak etmələrinin səbəbini öyrəndik.

 Böyükağa adlı gənc aksiyaya könüllü şəkildə gəldiyini dedi: ”Hər birimiz yaşadığımız ərazinin təmizliyinə fikir verməliyik. Əraziyə zibil atmaq olmaz. Düşünməliyik ki, əraziyə atılan hər bir qırıntı, sellofan , kağız parçası, plastik su qabları, eləcə də məişət tullantıları sonradan xəstəliklərin yaranmasına səbəb olur. Unutmayaq ki, dünyanın hər yerində mənşəyi məlum olmayan viruslar baş alıb gedir. Yaşadığımız mühiti sağlam və təmiz görmək üçün, ilk öncə, ərazimizin təmizliyinə fikir verməliyik. Zibili küçəyə atmaq olmaz. Sonra atılan o tullantılar antisanitar mənbəyinə çevriləcək və yoluxucu xəstəliklərin  yaranmasına səbəb olacaq. Bütün insanları “Ekoloji təmizlik” layihəsi ətrafında birləşməyə çağırıram. Gəlin yaşadığımız ərazini təmiz saxlayaq, qoruyaq ki, sağlam həyat yaşayaq.

Aksiyadan sonra  bir qrup gənc Azərbaycanın üçrəngli bayrağını əraziyə gətirdi və bayraqla birlikdə xatirə şəkli çəkdirdilər.

 

Sosial rubrikasından digər xəbərlər