BƏƏ-də 75 ilin ən yüksək yağıntısı qeydə alınıb

09:29 18.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son 75 ilin ən yüksək yağıntı miqdarının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydə alındığı açıqlanıb.

Hafta.az-ın WAM-a istinadən yazdığına görə, Milli Meteorologiya Mərkəzi ölkənin müxtəlif bölgələrində davam edən leysan yağışları ilə əlaqədar uçuşların təxirə salınmasına, distant təhsilə və iş metoduna keçidə səbəb olub.

Açıqlamada, "Müxtəlif bölgələrdə müasir tarixin ən yüksək yağıntı miqdarı son 24 saatda görülüb. Ən yüksək miqdar iqlim məlumatlarının toplanmağa başladığı 1949-cu ildən bəri qeydə alınıb" ifadəsi işlədilib.

Bildirilib ki, ən çox yağıntının miqdarı Əl Ayn şəhərinin Hatm əl-Şiklə bölgəsində qeydə alınıb və 24 saatdan az müddətdə 254,8 millimetrə çatıb.

Dünən axşamadək ölkə tarixində “qeyri-adi hadisə” kimi qeydə alınan yağıntının miqdarının irəlidəki günlərdə artacağı gözlənilir.

BƏƏ İslam Məsələləri İdarəsi leysandan zərər çəkmiş ərazilərdə evdə namaz qılmağa çağırıb.

Etihad Airways-dən verilən açıqlamada deyilir ki, paytaxt Əbu Dabidə pis hava şəraiti səbəbindən uçuşların təxirə salınacağı gözlənilir.

BƏƏ Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Edilməsi Komitəsi yağışdan təsirlənən ərazilərdə "zərurət olmadıqca evdən çıxmamağa" çağırıb.

Oxunma sayı 26