Belarusda parlament seçkiləri keçirilir

11:43 17.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər keçirilir.

Hafta.az xəbər verir ki, səsvermə yerli vaxtla 20:00-da başa çatacaq.

Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkə hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkilərdə minə yaxın beynəlxalq müşahidəçi iştirak edir. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyir.

Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları da var. Deputatlar Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili səsvermə prosesini izlədikdən sonra seçkilərin nəticələrinə dair açıqlama verəcəklər.