Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 41 841 nəfər müraciət edib.
Hafta.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov vurğulayıb ki, namizədlərdən 27 249-u fərdi, 14 564-i siyasi partiyalar tərəfindən irəli sürülüb. Onlardan 22 529 nəfəri qeydə alınıb. Müraciət edənlərin 70 faizi kişilər, 30 faizi qadınlardır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.