Bələdiyyə seçkilərini 499 müşahidəçi izləyəcək

16:00 16.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb.

Hafta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

Siyasət rubrikasından digər xəbərlər