Bələdiyyə sədrinin özündənrazı müavini sürücünü işdən qovdu

17:07 08.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Güngörən Bələdiyyəsində sürücüyə verilən cəza ölkə ictimaiyyətinin müzakirəsindən yığışmamış, bənzər olay Bafra bələdiyyəsində yaşanıb.

Hafta.az yazır ki, Samsunun Bafra rayon bələdiyyəsinin sədr müavini Şaban Hüryaşarın sürücüsü Salih Küçük, sədr müavini üçün maşının qapısını açmadığı üçün işdən qovulub. 

Bu yerdə xatırladaq ki, daha öncə də Güngörən bələdiyyəsinin sədr müavini Veysəl İpəkçi, onu gələndə ayağa qalxmadığı üçün sürücünü "tualetin qabağında oturma" kimi qəribə cəza vermişdi. Bu haqda məlumat Türkiyədə yayılaraq qəzəb doğyrandan sonra adıçəkilən sədr müavini istefa verməyə məcbur olmuşdu.