Bərdədə ağır yol qəzası - 7 nəfər xəsarət alıb

13:18 01.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az "Report"a istinadən xəbər verir ki,  hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.

 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 38