Bərdədə ev partladı - 1 nəfər xəsarət aldı

15:10 11.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evdə partlayış hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobası olub. Yanğın nəticəsində ətrafa dağılmış yanacaq və otağın tavanı qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxunma sayı 30