AICT 2011 5-ci beynəlxalq konfrans öz işinə başlayacaq

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
2003-cü ildə Qafqaz Universiteti tərəfindən başladılmış olan AICT “İnformasiya və kommunikasiya texnologiyalarının tədbiqi“ adlı beynəlxalq konfranslar silsiləsinin növbətisi, 12-14 oktyabr 2011-ci tarixləri arasında öz işinə başlayacaq. Bu məlumatı dünən keçirdiyi mətbuat konfransında Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru, professor Cihan Bulut səsləndirib. Onun sözlərinə görə, bu konfrans, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, UNESCO Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, TIKA Türkiyə İqtisadi Kalkınma Ajansı və IEEE (Elektik və Elektronika Mühəndisləri İnstitutu)nin texniki dəstəyi ilə təşkil olunmaqdadır. Konfransa “Azercell“ və “Accord“ şirkətlər qrupu partner sponsor, Ericsson qızıl sponsor, Micrasoft, Nurgün Motors, Sinam ve DNS computer ise sponsor olaraq dəstək verməkdədirlər. Konfransın gündəliyinə aşağıdakı mövzular daxildir: İnformasiya elimləri və tədbiqi; kommunikasiya, şəbəkə və avadanlıq; İKT-nin humanitar və ictimai elmlərdə tətbiqi; İKT-nin elm, təhsil və tədqiqatlarda tətbiqi; İKT-nin tibb və səhiyyədə tətbiqi; İKT-nin dövlət və idarəçilikdə tətbiqi; İKT-nin biznes, idarəetmə və iqtisadiyyatda tətbiqi.
Prorektor bildirib ki, konfransa Azərbaycanın və dünyanın 31 ölkəsindən 250-dən çox məqaləylə elm adamlarının müraciəti daxil olub. Eyni zamanda, konfrans müddətində müxtəlif mövzuları əhatə edən 12 ədəd planer iclas keçiriləcək. Konfransın fəxri sədrləri Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri, akademik Əli Abbasov və Azərbaycan Respublikası təhsil naziri, professor Misir Mərdanovdur. Konfransın həmsədrləri Bakı Dövlət Universitetinin rektoru Akademik Abel Məhərrəmov, Qafqaz Universiteti rektoru professor Ahmet Sanıç, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin rektoru, professor Hakim Muhitdinovdur. Konfransın sədr müavinləri Qafqaz Universitetinin elmi işlər üzrə prorektoru, professor Niftali Gocayev, Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor Aydın Kazımzadədir. Konfrans işini 3 gün müddətində davam etdirəcək. Konfransın 1-ci günü Qafqaz Universitetində açılış mərasimi və plenar iclaslar olacaq. İkinci gün Bakı Dövlət Universiteti və İnformasiya Texnologiyaları İnstitutunda, üçüncü günü isə Qafqaz Universitetində sesiyalar üzrə konfrans davam edəcəkdir. Prorektorun sözlərinə görə, bu cür tədbirlərin Azərbaycanda təşkil olunması onun dünyada tanınmasına da xidmət edir.
Bəhruz