Bərdəli gənc qızdırmadan ölüb

22:58 22.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunda 26 yaşlı oğlan qızdırmadan ölüb.

Hafta.az  "Report"a istinadən xəbər verir ki, rayonun Qaradəmirci kənd sakini, 1993-cü il təvəllüdlü Pərviz Məmmədovun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb.

O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.