Bəyazın azərbaycanlı sevgilisi - Fotolar

19:44 02.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şoumen Bəyazıt Öztürkün gizli sevgilisini türk mediası ifşa edib. Onun azərbaycanlı qızla eşq yaşadığı ortaya çıxıb.

Hafta.az axşam.az-a istinadən xəbər verir ki, Bəyaz Bebek səmtindəki malikanəsində aylardır sevgilisi ilə qalır.

Şoumen Boğaz mənzərəli evini 3 il əvvəl alıb. Onun bu villasını isə yalnız ailəsi və yaxın dostları bilir. Murad Boz və Seda Bakanla bir "Youtube" verilişi çəkən aparıcının evinin fərqli dizaynı yaddaşlarda qalıb. Onun iki ildir eşq yaşadığı xanım da həmin dekorun mənzərəsində fotolar yayımlayıb. Bu da cütlüyün eşqini ortaya çıxarıb.

Lavin Ay adlı qız Azərbaycanda yaşayır. Bəyazla tanış olandan sonra isə İstanbula köçüb. 24 yaşlı qız Bəyazın evindən tez-tez görüntülərini sosial şəbəkədə yayımlayır.

Oxunma sayı 5285