Beyləqan sakini özü-özünü güllələdi

15:48 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan sakini özünü odlu silahla vuraraq öldürüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, dekabrın 6-da saat 10 radələrində Beyləqan rayonunun Baharabad kəndində yaşayan İbrahimcan Muradovun evində ov tüfəngindən açdığı atəşlə özünü öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Polis əməkdaşları tərəfindən hadisə yerindən sənədsiz “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Oxunma sayı 47