Beyləqan sakinləri heroinlə tutuldu - FOTO 

10:10 29.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələri satış məqsədi ilə əldə etməkdə şübhəli bilinən rayon sakinləri Vaqif Əsədov və Vüsal Abdullayev saxlanılıblar.

 

Həmin şəxslər Beyləqan rayon ərazisindən keçən magistral yolda müəyyən ediliblər. Onlara məxsus torbaya baxış keçirilən zaman 5 ədəd polietilen qablaşdırmada ümumi çəkisi 5 kiloqram 430 qram olan heroin və 300 ədəd güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb.

 

Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxunma sayı 95