Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi erməni dili kurslarına başlayır

12:48 22.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənc alimlər və tədqiqatçılar üçün ödənişsiz erməni dili kursları təşkil edir.
 
Hafta.az yazır ki, erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan və gələcəkdə elmi fəaliyyət ilə məşğul olacaq şəxslər kurslarda iştirak üçün müraciət edə bilərlər. Eyni zamanda, kurslara dövlət qurumlarının nümayəndəyələri də qatıla bilərlər.
 
Kursların dekabrın 1-dənbaşlanması nəzərdə tutulur. Müraciət üçün son tarix noyabrın 28-dir. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyyə məktubunu [email protected] ünvanına göndərmələri xahiş olunur. Dərslər həftədə iki dəfə (çərşənbə axşamı və cümə günləri) saat 18:30-da keçiriləcək.
 
Dərslərdə 2 dəfədən artıq üzürsüz iştirak etməyən şəxslər kursdan xaric olunacaqlar.