ABŞ və Britaniya alimlərindən ibarət beynəlxalq qrup, məşhur inancın əksinə olaraq, görmə itkisi, amputasiya və ya insultdan sonra beynin özünü bərpa etmək qabiliyyətinə malik olmadığını irəli sürüb.
Hafta.az-ın “The İndependent”ə istinadən yazdığına görə, Böyük Britaniyanın Kembric Universitetindən nevroloqalim, professor Tamar Makin və . ABŞ-ın Con Hopkins Universitetindən Con Krakuerin mövzu ilə bağlı araşdırması noyabrın 21-də “eLife” elmi jurnalında dərc olunub.
Tədqiqata görə, elm adamları beynin hər hansı bir zədə və ya tibbi vəziyyətə cavab olaraq özünü yenidən quracağına dair ümumi fərziyyənin kökündən yanlış olduğunu iddia edirlər. Bunun əvəzinə elm adamları beynin mövcud, lakin gizli qabiliyyətləri ortaya qoyduğunu irəli sürürlər.
Elmi dərsliklərdə tez-tez deyilir ki, beynin bəzi hissələri yeni funksiyalar üçün yenidən qurulur. Məsələn, bir çox insanlar hesab edir ki, insan görmə qabiliyyətini itirdikdə, beyin səsləri emal etmək üçün görmə korteksini yenidən qura bilər və naviqasiyanı asanlaşdırır. Bu, insanlara cisimlərdən əks-sədaları hiss etməyə və həmin obyektləri aşkarlamağa imkan verən ekolokasiya qabiliyyəti adlanır.
Tədqiqatda buna başqa bir misal olaraq, insult keçirmiş bir adamın əvvəlcə əzalarını hərəkət etdirə bilmədiyi zaman beynin bəzi hissələrinin özünü tənzimləyərək nəzarəti bərpa etməsi fikridir.
Krauker, insan beyninin inanılmaz şəkildə yenidən qurulma və özünü təşkil etmə qabiliyyətinə malik olması fikrinin çox cəlbedici olduğunu söyləyib: “Xüsusən, kor insanların demək olar ki, fövqəlbəşəri əksolunma qabiliyyətini inkişaf etdirməsi və ya insultdan sağ çıxanların itirilmiş motor bacarıqlarını möcüzəvi şəkildə bərpa etməsi ilə bağlı hekayələr ümid verir”.
Bu fikrin sadə uyğunlaşma və ya plastiklikdən (beynin struktur və ya fizioloji dəyişikliklərə məruz qalma qabiliyyəti) kənara çıxdığını ifadə edən Krauker, "Bu, beyindəki bölgələrin tamamilə yenidən dizayn edilməsi deməkdir. Bu hekayələr doğru olsa belə, əslində orada baş verənlər yanlış izah olunur” deyib.
Əvvəlki araşdırmalar göstərir ki, beynin uyğunlaşma qabiliyyəti var. Lakin Makin və Krauker, beynin əvvəllər təklif edildiyi kimi aktiv şəkildə yeni funksiyalar yaratmadığını və istifadə edilən sahələrin əslində doğuşdan bəri mövcud olduğunu söyləyib.
1980-ci illərdə aparılan bir araşdırma, barmaq amputasiyasının bədənə təsirini üzə çıxarıb. Həmin araşdırmaya görə, beynin daha əvvəl barmağa verdiyi stimul barmaq kəsildikdən sonra yenidən görünüb. Komanda, bunun beynin dəyişikliyə cavab olaraq özünü necə dəyişdirdiyini göstərdiyini iddia edib.
Amma professor Makin 2022-ci ildə apardığı araşdırmada bunun belə olmayacağını isbatlayıb. O, şəhadət barmağının amputasiya effektini müvəqqəti olaraq təqlid etmək üçün sinir blokerlərindən istifadə edib.
Amputasiyadan əvvəl Makin digər barmaqlardan gələn siqnalların beynin şəhadət barmağından məsul olduğu deyilən hissəsi ilə uyğunlaşdığını aşkarlayıb. Buna görə də beynin bu hissəsinin ilk olaraq şəhadət barmağından gələn siqnalları emal etdiyi, ancaq bunu tək etmədiyi ortaya çıxıb.
Araşdırmada simulyasiyadan sonra digər barmaqlardan gələn mövcud siqnalların da artdığı görülüb. Bu bölgələrdə əvvəldən yeni məlumatların ortaya çıxmadığını ifadə edən Makin, "Beynin araşdırılan bu bölgəsində amputasiyadan əvvəl digər barmaqlarla əlaqəli qabiliyyətlər olub" deyib.