Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur - XİN 

10:44 05.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. Xəsarət alanların sayı 4 mindən artıqdır.

Oxunma sayı 1260