“Bəzi ölkələr Asiyada silahlanma yarışını gücləndirir” – General Li Şanqfu

10:30 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin müdafiə naziri, general Li Şanqfu bu vəzifəyə gəldikdən sonra Sinqapurda keçirilən Asiya-Sakit Okean regionunun yeganə illik təhlükəsizlik toplantısı olan Şanqri-La Dialoqunda etdiyi ilk böyük çıxışında ABŞ-la müharibənin dünya üçün “dözülməz bir fəlakət” olacağını söyləyib.

Hafta.az-ın yazdığına görə, təhlükəsizlik sammitində general Li Şanfu deyib ki, “bəzi ölkələr” Asiyada silahlanma yarışını gücləndirir. Lakin o, dünyanın həm Çin, həm də ABŞ üçün kifayət qədər böyük olduğunu və iki fövqəldövlətin ortaq nöqtələr axtarmalı olduğunu vurğulayıb.

Nazir Şanqfu deyib ki, ABŞ və müttəfiqlərini Hind-Sakit okean regionunda açıq-aşkar sabitliyi pozmağa çalışırlar. O, ABŞ-ı “öz maraqları naminə blok qarşıdurmasına təhrik etməkdə” günahlandırıb, Vaşinqton və müttəfiqlərinin regionda hökmranlıq etmək üçün qaydalar hazırladığını söyləyib.

O, həmçinin xəbərdarlıq edib ki, ABŞ-la Çin arasında istənilən “ağır qarşıdurma” dünya üçün dözülməz fəlakət olacaq.

Xatırladaq ki, Li-Şanqfu bu xəbərdarlığı ABŞ Müdafiə Naziri Lloyd Austin eyni forumda Tayvan üzərində müharibənin "dağıdıcı" olacağını və qlobal iqtisadiyyata "təsəvvür edə bilmədiyimiz şəkildə" təsir edəcəyini söylədikdən sonra edib.

Çıxışından sonra suallara cavab verən çinli general, ABŞ dəniz qüvvələrinin boğazda olmasını onların bölgədə xaos yaratmaq istəmələrinə bariz nümunə göstərib. "Onlar sadəcə sakit keçid üçün deyil, təxribat üçün buradadırlar", - deyib Li Şanqfu.

General bildirib ki, ABŞ və digər xarici güclər həqiqətən də qarşıdurma istəmirlərsə, hərbi varlıqlarını Çinə yönləndirməməlidirlər. "Niyə bütün bu hadisələr başqa regionlarda yox, məhz Çinin yaxın çevrəsində baş verib?", o, sual edib.

Qeyd edək ki, Vaşinqton Çin esminesinin Tayvan boğazında ABŞ və Kanada hərbi gəmilərinin hərbi təlim keçdiyi ərazi yaxınlığında manevrlər etdiyini bildirmişdi. Çin isə hər iki ölkəni “qəsdən risk törətdikləri üçün” tənqid edib.

Mart ayında müdafiə naziri olan general Li ABŞ-ı “soyuq müharibə zehniyyəti”ndə qaldığını və bunun “təhlükəsizlik risklərini xeyli artırdığını” demişdi.

O, çıxışında Çinin ABŞ və müttəfiqlərinin dəniz patrullarının “naviqasiya hegemonluğunu həyata keçirmək üçün bəhanə” olmasına icazə verməyəcəyini söyləyib.

Pekin ABŞ-ın 2018-ci ildə Rusiyadan silah almasına görə general Li-yə tətbiq etdiyi sanksiyalara etiraz olaraq ABŞ-ın birbaşa hərbi danışıqlar tələbini rədd edib.

Bu arada, Sinqapur sammitində ABŞ-ın müdafiə naziri Lloyd Ostin və general Li Şanfu tədbirin açılış günü yemək ərəfəsində əl sıxaraq qısaca söhbət ediblər.

Çin nümayəndələrindən biri AFP-yə deyib ki, ABŞ-ın general Li-yə qarşı sanksiyalarının götürülməsi danışıqlar üçün ilkin şərtdir.

“Reuters” isə xəbər verir ki, iki ölkə arasında diplomatik mübahisələrə baxmayaraq, ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi genişmiqyaslı danışıqlar üçün bir həftəlik Pekinə gəlib.

Oxunma sayı 326
Siyasət rubrikasından digər xəbərlər