Biləsuvarda qoyun oğruları saxlanılıb

21:35 24.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumilikdə 20 baş qoyun oğurlamaqda şübhəli bilinən Biləsuvar rayonunun Zəhmətabad kənd sakinləri X.Cəfərov və İ.Şahbazov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-yə müraciət edən Xırmandalı kənd sakini B.Xankişiyev cari il avqustun 10-da Ağalıkənd kəndinin ərazisindəki fermadan 5 baş qoyununun oğurlanmasını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəhmətabad kənd sakinləri X.Cəfərov və İ.Şahbazov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların İ.Nuraliyevə və D.Cəfərova məxsus 15 baş qoyunu oğurlamaları da müəyyən edilib.