Binəqədidə bir qrup səhiyyə işçisi təltif edilib - FOTO

10:54 17.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 11 iyun 2021-ci il tarixli 117 saylı  Sərəncamı ilə “17 İyun- Azərbaycan Respublikası Səhiyyə İşçilərinin Peşə Bayramı Günü” münasibətilə bir qrup səhiyyə işçiləri Fəxri fərmanla təltif edilib.

 

Hafta.az xəbər verir ki, təltifetmə mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin əməkdaşı Amal Əsgərov və Binəqədi rayonu ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak edirdilər. 

 

Mərasimi giriş nitqi ilə açan Sevinc Süleymanova səhiyyə nümayəndələrini “Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə təbrik edərək, Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlardan, maddi-texniki bazanın təkmilləşdirilməsidən, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərdən və əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artığından geniş bəhs etdi. Həmçinin əlavə etdi ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Ölkəmizdə tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir.

 

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin adından tibb işçilərinə Fəxri Fərmanları təqdim etdilər.

Oxunma sayı 390