Binəqədidə evdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

18:41 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğurluq etdiyinə görə tutulmuş V.Salamovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayondakı evlərin birindən 9 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, narkotik vasitə ilə tutulmuş K.Əsgərovun ətrafında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin rayonda on evdən təmir-tikinti alətləri, məişət əşyaları, generator, elektrik naqili və elektrik avadanlıqları oğurlaması da müəyyən edilib.

Yanvarın 17-də Xətai rayonundakı marketlərin birində Bakı şəhər sakini Ş.Rəfiyevanın içərisində 300 manat pulu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini T.Yusifzadə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Oxunma sayı 202