Binəqədidə təndirxana yanıb

10:14 11.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə hafta.az-a FHN-dən məlumat verilib.

Məlumata görə, yanğın binanın birinci mərtəbəsində mağazada qeydə alınıb. Mağazanın içərisində tikilən ümumi sahəsi 30 m² olan təndirxananın yanar konstruksiyaları 15 m² sahədə yanıb. Təndirxananın qalan hissəsi və mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.