Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllıya səfər edib - FOTO

20:35 03.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İsmayıllı rayonuna səfər edib.

Bu barədə Azərbaycanın Birinci vitse-prezidenti rəsmi “İnstagram” səhifəsində bildirib.

Birinci vitse-prezident ailə üzvləri ilə birlikdə Lahıc qəsəbəsində olub.

Mehriban Əliyeva sənətkarlar, bacarıqlı, istedadlı, qonaqpərvər və gözəl insanların şəhəri olan Lahıca, bərəkətli diyara hər gəlişinin onda unudulmaz təəssüratlar bağışladığını qeyd edib.

“Lahıcın bütün sakinlərinə səmimi mehribanlığa və qonaqpərvərliyə görə təşəkkür edirəm”, - deyə M. Əliyeva vurğulayıb.

Gündəm rubrikasından digər xəbərlər