Mehriban Əliyeva oğlu Heydərin toyu ilə bağlı paylaşım edib - FOTO

13:49 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında oğlu Heydər Əliyevin toyu ilə bağlı paylaşım edib.

Hafta.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!"

Oxunma sayı 2208