“İçərişəhər“də “Selector“ - Müasir Musiqi Festivalı keçiriləcək

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 14-də “İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “British Council“ və “İrəli“ İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qoşa Qala Qapısı meydanında “Selector“ - Müasir Musiqi Festivalı keçiriləcək. İçərişəhəri müxtəlif musiqi janrlarının qovuşacağı məkana çevirəcək festival zamanı özünün rəngarəng bədii tərtibatı ilə fərqlənəcək konsert proqramı baş tutacaq. Konsert çərçivəsində DJ-lərin ifasında “Selector şou“, britaniyalı musiqiçilərin ifasında rok-musiqi ilə yanaşı “İrəli“ Urban Art klubunun üzvlərinin ifasında müasir şəhər mədəniyyətini əks etdirən sənət nümunələri nümayiş olunacaq. “The Selector“ Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini beynəlxalq səviyyədə nümayiş etdirən, müasir musiqinin bütün janrlarını hindu, qraym, dabstep, xalq, elektro və digər musiqiləri əhatə edən radio proqramdır. Bu proqram dünyanın 30-dan çox ölkəsində, o cümlədən Azərbaycanda İctimai Radio 90FM dalğasında və “İrəli“ radioda yayımlanır.
Əli