“Biz birlikdə güclüyük!” hörmətli Prezident - Ölkə vətəndaşları Prezidentə minnətdardırlar

14:23 11.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hörmətli cənab Prezident.

Koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Çox qısa zaman ərzində koronavirusla mübarizə çərçivəsində lazımi imkanlara malik yeni modul tipli xəstəxanalar istifadəyə verildi.

Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasətiniz nəticəsində koronavirus bəlasından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik.

Hörmətlə,

Ömərov Həsən Hüseyn oğlu

Azərbaycan Respublikası, Zaqatala rayonu”.

***

“Hörmətli cənab Prezident.

Sizin bütün sahələrdəki fəaliyyətiniz təqdirəlayiqdir. Xüsusilə səhiyyəyə göstərdiyiniz qayğı Azərbaycanda koronovirus pandemiyasına qarşı mübarizədə yaxşı nəticələr əldə etməyə böyük kömək oldu. Tövsiyələrinizə uyğun olaraq əvvəldən görülən tədbirlər olmasaydı hadisələrin gedişatını təsəvvür etmək belə istəməzdim.

Siz hər bir vətəndaşın sağlamlığının qorunması üçün mümkün olan hər şeyi edirsiniz.

Mən və həyat yoldaşım koronovirus infeksiyasına tutulandan sonra M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildik. Xəstəxanada bizə göstərilən qayğıya, tibbi personalın yüksək peşəkarlığına görə Sizə və Mehriban xanıma təşəkkür edirik.

Xəstəxanada lazım olan dərman və ləvazimatlarla təmin olunduq. Dezinfeksiya və təmizlik işləri də vaxtında yerinə yetirilirdi. Tibbi personal yorulmadan, öz sağlamlığını təhlükəyə ataraq daha çox insanı xilas etmək üçün gecə-gündüz çalışır.

Biz artıq Sizin sayənizdə sağalaraq evimizə dönmüşük. Bir daha gördüyümüz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Ağayeva Larisa

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan qəsəbəsi”.

***

“Möhtərəm cənab Prezident.

26 ildir ki, dünya birliyi Ermənistanın işğalçılıq fəaliyyətini bilə-bilə susur. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz doğma yurd yuvalarından didərgin düşmüşdür. Siz onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramlarını təsdiq etmisiniz.

Qaçqınların mənzil təminatı, aylıq müavinətlərin təyinatı, eləcə də qaçqın və məcburi köçkünlərin övladlarının təhsil haqlarından azad olunması - bütün bunlar onlara arxa duran dövlət başçısının və dövlətin olduğunu bəyan edir. Lakin reallıq budur ki, onlar öz doğma yurdlarına qayıtmalıdırlar. Sizin üçün Qarabağ problemi ən ümdə məsələdir və bununla bağlı Azərbaycanın haqlı mövqeyini bütün çıxışlarınızda diqqətə çatdırırsınız. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videkonfrans formatında sammitindəki çıxışınız bunu bir daha təsdiqləyir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya çıxardınız. Ermənistan hələ də susmaqda davam edir. Ona görə ki, onlar qorxaq və oğrudurlar.

Biz Sizin siyasətinizi daim dəstəkləyirik və Qarabağ probleminin tezliklə Azərbaycanın xeyrinə həll olunacağına inanırıq.

Hörmətlə,

Ağayeva Reyhan Mülük qızı 

Ramil Əliyevdən, Masallı, Azərbaycan”.

***

“Çox hörmətli cənab Prezident.

Bir vətəndaş kimi əminəm ki, xalqımız koronavirus bəlasından tezliklə və az itki ilə xilas olacaqdır. Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar da daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyümüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Bir məsələni də vurğulamaq istəyirəm ki, pandemiya dövründə insanların sağlamlığının və asayişinin keşiyində duran həkimlərimiz və polislərimiz öz xidməti borclarını çox layiqincə yerinə yetirirlər. Görünən odur ki, onlar COVID-19 virusunun qarşısını əzmlə almağa çalışırlar. Bütün bunlar bizi daha da ümidləndirir, nikbin düşünməyə sövq edir.

Xalqımıza göstərilən xidmətlərə görə Sizə, eyni zamanda həkim və polislərimizə bir daha təşəkkür edirəm. Allah işlərinizi avand eləsin.

Hörmətlə,

Əliyev Ramil Hüseynbala oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Qarğalıq kəndi”.

***

“Hörmətli cənab Prezident.

“Biz birlikdə güclüyük!” çağırışınız, Mehriban xanım Əliyevanın COVID-19 infeksiyası ilə bağlı həmvətənlərimızə müraciəti bir daha sübut etdi ki, biz sabaha, rifaha doğru böyük ümidlərlə addımlayırıq. Çünki Azərbaycan xalqının arxasında güclü siyasətçi olan Prezident İlham Əliyev durur. Biz də xalq olaraq Sizi dəstəkləyirik və hər zaman Sizin yanınızdayıq. Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Hökümə Cəfərova

Azərbaycan Respublikası, Gəncə şəhəri”.  

***

“Möhtərəm cənab Prezident.

Bu gün bütün dünyanı bürüyən, iflic vəziyyətinə salan koronavirus pandemiyası ilə mübarizədəyik. Bu mübarizədə infeksiyanm ölkəmizdə geniş yayılmaması üçün atdığınız ciddi və məqsədyönlü addımlarınızı dəstəkləyirik. Bu addımlarınız Sizin daim xalqımızın yanında olmağınızın bariz nümunəsidir. Dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Sizinlə qürur duyuruq.

Hörmətlə,

Heraçiyev Bəxtiyar Əhməd oğlu

Azərbaycan Respublikası, Zaqatala rayonu”. 

***

“Hörmətli cənab Prezident.

Siz ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını ali məqsəd kimi qarşıya qoymuş dövlət rəhbərisiniz və daim xalqın sosial rifahının yüksəldilməsi üçün tədbirlər görürsünüz.

Ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanı davamlı şəkildə inkişaf etdirdiyinizə, ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etdiyinizə, dövlətimizin əsaslarını daha da möhkəmləndirdiyinizə, yeritdiyiniz uğurlu daxili və xarici siyasətə görə bir vətəndaş kimi Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi və xalqımızı qorusun. İnanırıq ki, Allahın izni ilə və Sizin gördüyünüz tədbirlər sayəsində xalqımız bu bəladan qurtulacaq.

Yaşasın Azərbaycan.

Hörmətlə,

Abasəliyev Anar Cavanşir oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu”.

***

“Hörmətli cənab Prezident.

Bütün dünyanı bürümüş COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı gördüyünüz tədbirlər bir vətəndaş olaraq məni olduqca qürurlandırır. Xüsusilə, karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi təqdirəlayiq haldır. Mən ölkəmizdə bu virusa qarşı mübarizədə başda Siz olmaqla fəal iştirak edən hər bir kəsə təşəkkürümü bildirirəm.

Hörmət və ehtiramla,

Kərimov Azad Akif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.

Oxunma sayı 2892
Siyasət rubrikasından digər xəbərlər