Biz Fransanın vasitəçiliyi ilə danışıqlar masasında otura bilmərik  - Ekspert

13:54 29.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Biz Fransanın vasitəçiliyi ilə danışıqlar masasında otura bilmərik. Ölkəmizin bu mövqeyi tamamilə məntiqə uyğun bir yanaşmadır”.

Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Azərbaycanın dekabrın 7-də nəzərdə tutulan Brüssel danışıqlarından imtina etməsi ilə bağlı açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin dekabrın 7-də keçirilməsi nəzərdə tutulan Brüssel danışıqlarından imtinası Ermənistan baş nazirinin danışıqların Fransa prezidentinin vasitəçiliyi ilə  keçirilməsi şərtinə cavab olaraq verilib. 

“Bu tamamilə əsassız təlbdir. Bu günə qədər Avropa İttifaqının təşəbbüsü ilə bir neçə görüş keçirilib və  Fransa da həmin qurumda təmsil olunur. Fransanı da danışıqlarda bir vasitəçi kimi tələb etmək doğru yanaşma deyil. Bu, əslində danışıqlar prosesini pozmaq cəhdidir”. 

Politoloq bildirib ki, Prezident çıxışında da qeyd etdi ki, Fransa iki ölkə arasında danışıqlar prosesində vasitəçi ola bilməz. Çünki Fransa açıq-aydın tərəfli mövqe tutur.

“Adətən vasitəçilik missiyasını üzərinə götürən dövlətlər ən azı formal da olsa balanslı mövqe nümayiş etdirir.  Ancaq Fransa bu məsələni tamamilə bir kənara qoyub və ancaq Ermənistanı qane edən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Fransa rəsmiləri ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir və son Senatın qətnaməsi  bu ölkənin aqressorun yanında olduğunu nümayiş etdirir. Bu baxımdan Fransa vasitəçi ola bilməz”.

Oxunma sayı 1569
Siyasət rubrikasından digər xəbərlər