Biz jurnalistlər xüsusi karantin rejimində də Operativ Qərargahın tövsiyələrinə əməl etməklə fəaliyyətimizi davam etdiririk - Əməkdar jurnalist

12:18 07.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Bütün dünya, o cümlədən Azərbaycan üçün koronavirus pandemiyasmın yaratdığı problemlər fonunda "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamınız Sizin kütləvi informasiya vasitələrinə və jurnalistlərə nə qədər böyük önəm verdiyinizin sübutu oldu. Dünyada pandemiya başlayandan hər bir Azərbaycan vətəndaşı - sahibkarlar, muzdlu işçilər, işsizlər, aztəminatlı ailələr Sizin vətəndaşa diqqətinizi hiss etdi, insanlarımızın sağlamlığı naminə dövlətin böyük vəsait ayırdığını gördü. Biz jurnalistlər xüsusi karantin rejimində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməklə fəaliyyətimizi davam etdiririk, ölkə əhalisini dolğun və ən əsası doğru xəbərlərlə təmin etməyə çalışırıq. Bilirik ki, dövlətimizə, onun rəhbərliyinə qarşı məkrini həyata keçirmək üçün pusquda dayanan, bizi sevməyən xarici dairələrdən maliyyələşən qüvvələr var və əsl jurnalistlər meydanı onlara buraxmamalıdırlar.

Cənab Prezident, ölkə olaraq koronavirusla mübarizə apardığımız bir vaxtda milli mətbuatımızın 145 illik yubileyininin qeyd olunması ilə bağlı Sərəncam imzalamağınız jurnalistləri heç vaxt unutmadığınızın, "mənim köməkçilərim" adlandırdığınız bizə daim diqqət göstərdiyinizin isbatıdır. Mən bu diqqətin sevincini həm də xüsusi olaraq yaşamış biriyəm və Sizin Sərəncamınızla "Əməkdar jurnalist" fəxri adı almağında fəxr edirəm.

Hörmətlə,

Məmmədli Mahir Rafət oğlu

Əməkdar jurnalist

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

Oxunma sayı 1818
Siyasət rubrikasından digər xəbərlər