Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın  -FHN-VİDEO 

17:21 05.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi (FHN) koronavirus (COVID-19) infeksiyası səbəbilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqəli video çarx yayımlayıb.

Hafta.az-ın məlumatına görə, FHN videonu "Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın" başlığı ilə paylaşıb.

"Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq",- deyə paylaşımda qeyd edilib.

Oxunma sayı 55
Sosial rubrikasından digər xəbərlər