Bizi söz azadlığını boğmaqda ittiham edən Qərbin iç üzü: qaz tapançası, su şırnağı və jurnalistlərə dəyənək…

18:29 21.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 19-da Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) paytaxtın “28 May” metrostansiyasının qarşısındakı ərazidə icazəsiz aksiya keçirməyə cəhd göstərdi. Bu həmin ərazidir ki, insanlar həmin istiqamətdən sıx istifadə edir. Avtomobillərin sıx qrafiklə hərəkətdə olduğu yerdir.

Milli Şuranın icazəsiz mitinqi sadə vətəndaşların narahatlığına səbəb oldu. Polis də bunu nəzərə alıb icazəsiz aksiyanın keçirilməsinə yol vermədi. Hətta bəzi radikal müxalifət üzvləri saxlanıldı. Bir sözlə, polis qanun çərçivəsində öz üzərinə düşəni etdi. AXCP sədri Əli Kərimli və onun radikal tərəfdarlarının  növbəti dəfə asayişi pozmaq və xaos yaratmaq cəhdləri boşa çıxdı.

Bu hadisə baş verər-verməz, yəni, mitinq bitməmiş Avropadakı bəzi təşkilatlar Azərbaycan hakimiyyətini söz azadlığını boğmaqda ittiham etdilər. AXCP sədrinin Qərbdəki havadarları onun müdafiəsinə qalxdılar. Halbuki, polis qanunlar çərçivəsində davranıb icazəsiz aksiyanın qarşısını almışdı.

Xalqımız burada da Qərbdəki dairələrin ikili standartlarının şahidi oldu. Halbuki Qərbdə icazəli mitinq və aksiyalarda polis aksiya iştirakçılarına aşırı şiddət tətbiq edirlər. Qaz tapançalarından, su şırnaqlarında, rezin güllələrdən istifadə olunur. Hətta, Fransada “sarı jiletlilər”in aksiyaları zamanı 70-dən çox journalist polis dəyənəyinə “qonaq edilmişdi”. Bir neçə journalist saxlanılmışdı. Həbsə atılmışdı. İnanmırsınız? Baxın, bu da fotolar:

Siyasət rubrikasından digər xəbərlər