Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı

20:24 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Muğlanın Bordum rayonunda çıxan yanğınlar İçmeler məhəlləsində yerləşən otellərə yaxınlaşıb.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları 5 ulduzlu 3 otelin sakinlərini təxliyyə edib.

Bir helikopter havadan yanğına müdaxilə edərək alovun önünü kəsib. Küləyin mütəmadi olaraq yön dəyişdirməsi alovları başqa bir səmtə yönəldib.

Alovların yaşayış məntəqələrinə sıçramaması üçün çalışmalar davam etdirilir.

Oxunma sayı 312