Boksçumuzun dünya çempionatında ilk qarşılaşması olacaq

14:49 11.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 11-də Azərbaycan boksçusu Tayfur Əliyev Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında ilk görüşünə çıxacaq. 

Hafta.az-ın məlumatına görə, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuzun rəqibi isveçrəli Tiaqo Puqno olacaq.

Dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunub. Yekaterinburqda EXPO Arenada baş tutan yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 9-17-də keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.

Xatırladaq ki, sentyabrın 9-da rinqə çıxan birinci boksçumuz Amin Kuşkov Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1 hesabı ilə məğlub edib.