BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

17:19 22.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkib.

Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova hafta.az-a bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri aprel, may və iyun ayları ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:

"Münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Aprel, may və iyun aylarında biz, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkmişik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mandatına əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir".

Oxunma sayı 1125
Siyasət rubrikasından digər xəbərlər