Britaniyalı məşhur yazıçı öldü

21:44 10.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Britaniyalı məşhur yazıçı Cek Higgens vəfat edib.

 

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, Higgens Cersi adasındakı evində 92 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü isə açıqlanmayıb.

Qeyd edək ki, Higgens triller və casus romanların müəllifi kimi tanınır. O, həyatının sonunadək 85 əsər yazıb. Yazıçı 1975-ci ildə dərc etdirdiyi "Qartal qondu" romanından sonra məşhurluq qazanıb. Higginsin "Atılmış dua", "Ölüm mələyi", "Haqq-hesab günü" kimi digər tanınmış əsərləri də var.

 

Oxunma sayı 105