500 minə yaxın elektron sağlamlıq kartı verib

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Səhiyyə Nazirliyindən verilən məlumata görə, sözügedən qurum 500 minə yaxın elektron sağlamlıq kartı verib. Elektron sağlamlıq kartları İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və 14 yaşa qədər olan uşaqlara paylanılır. Orta hesabla hər ay adıçəkilən nazirlik tərəfindən 10 mindən artıq elektron kart verilir. Kartlar onun sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumatdan ibarətdir. Məlumat tibb müəssisəsinin xidməti məlumatların operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir. Bu günədək idarənin tabeçiliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub. Xəstələr haqqında tibbi uçotun aparılmasının avtomatlaşdırılması zəruri informasiyanın axtarışını asanlaşdırır və diaqnozun qoyulması vaxtını qısaldır. Qeyd olunub ki, layihə “Elektron Azərbaycan“ dövlət proqramı çərçivəsində həyata keçirilir.
Təbriz Vəfalı