Bu çətin anda bizi köməksiz qoymadığınıza görə minnətdaram - Böyük Britaniyada təhsil alan tələbə

13:10 04.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təşəkkür məktubları gəlməyə davam edir.

Hafta.az məktublardan bir neçəsini təqdim edir:

“Hörmətli cənab Prezident.

Mən Böyük Britaniyanın Kardiff şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Yaranmış pandemik vəziyyət iş yerlərinin bağlanmasına səbəb olmuş və bu hal işləyərək öz tələbatlarını ödəyən tələbələri maddi cəhətdən çox çətin vəziyyətə salmışdır. Bu çıxılmaz vəziyyətlə üzləşən tələbələrdən biri olaraq yaşadığım evin kirayə haqqını ödəməkdə çətinlik çəkdiyim üçün ölkəmizin Londondakı səfirliyinə müraciət etdim. Müraciətimdən dərhal sonra mənimlə əlaqə saxlanıldı və bir neçə gün sonra müraciətimin qəbulu ilə bağlı mənə məlumat verildi. Bank rekvizitlərim alındı və müvafiq məbləğ dərhal hesabıma daxil edildi. Beləliklə, üzləşdiyim bu çətin məsələ dövlətimizin dəstəyi sayəsində öz həllini tapdı.

Hörmətli cənab Prezident, bu çətin anda bizi köməksiz qoymadığınıza və göstərdiyiniz əvəzolunmaz dəstəyə görə Sizə hədsiz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Rzayeva Arzu Elçin qızı.

Böyük Britaniya Krallığı, Kardiff şəhəri”.

Oxunma sayı 1399
Siyasət rubrikasından digər xəbərlər