Bu gün Slovakiya–Azərbaycan oyunu keçiriləcək 

12:49 19.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AÇ-2020-nin seçmə mərhələsində bu gün Azərbaycan milli komandası son oyununu keçirəcək. 

Hafta.az-ın məlumatına görə, saat 23:45-də Trnava şəhərindəki Anton Malatinskiy stadionunda komandamız Slovakiya yığması ilə qarşılaşacaq. CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu ukraynalı hakimlər idarə edəcək:

Baş hakim: Sergey Boyko
Baş hakinin köməkçiləri: Volodimir Volodin, Semen Şlonçak
Dördüncü hakim: Vitali Romanov