Ukraynada hər il yanvarın 22-də Birlik Günü qeyd olunur. Bu münasibətlə ölkədə iki mühüm hadisə anılır: Ukrayna Xalq Respublikasının elan edilməsi və Ukrayna ərazilərinin birləşdirilməsi haqqında qanunun qəbulu. 107 il əvvəl, yanvarın 22-də ukraynalılar öz dövlətlərinin müstəqilliyini elan edərək, Ukrayna Xalq Respublikasını yaradıblar.
Hafta.az-ın yazdığına görə, düz bir il sonra Ukrayna Xalq Respublikası (UNR) ilə Avstriya-Macarıstan İmperiyası ərazisində yaradılmış Qərbi Ukrayna Xalq Respublikası (ZUNR) arasında 1918-ci ilin dekabrında Fastiv şəhəri ndə imzalanan "Zluka" (birləşmə) adlı ittifaq müqaviləsi sonradan Kiyevin Sofiyska Meydanında elan edildi.

Bu günün ən mənalı ənənəsi Ukrayna xalqının birliyini simvolizə edən "canlı zəncir"dir. İlk dəfə 1990-cı il yanvarın 21-də Zluka qanununun 71-ci ildönümündə vətənpərvər qüvvələr tərəfindən təşkil edilən bu aksiya Kiyevdən Lvova, oradan da İvano-Frankivsk, Striy, Ternopil, Jitomir və Rivnaya yayılaraq milyonlarla ukraynalını bir araya gətirdi. O vaxtdan bəri hər il müxtəlif şəhərlərdə Ukrayna xalqının birliyini qeyd edən “canlı zəncirlər” yaradılır.

Ukraynanın Birlik Günü rəsmi şəkildə 1999-cu ildə qeyd olunub. Birlik Günü təkcə keçmişin şöhrətini qeyd etmir, həm də Ukrayna xalqının müstəqilliyə doğru gücünü, həmrəyliyini və əzmini simvollaşdırır. Bu xüsusi gün hər bir ukraynalının öz ölkəsinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda birgə hərəkət etmək gücünü xatırladır.