Bu il 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur

17:20 18.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019-cu ildə 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan 20-si artıq quraşdırılıb, 30-nun isə tikinti-quraşdırılma işləri davam etdirilir.

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2017-ci ildə 106, 2018-ci ildə isə 137 modul tipli məktəb istifadəyə verilib.

Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci ildən ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsinin tətbiqinə başlanılıb.