Bu ilin “Dünya gözəli” seçildi - VİDEO

10:10 17.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksika təmsilçisi Andrea Mesa bu il keçirilən “Dünya gözəli” gözəllik müqabiqəsinin qalibi olub.

 

Hafta.az xəbər verir ki, bu barədə  Florida ştatında keçirilən tədbiri yayımlayan FYI telekanalı məlumat yayıb.

 

Brilliant tacı 2019-cu ilin yarışmasının qalibi, CAR-dan olan model Zozibini Tunsi ona təqdim edib. Mesa proqramçı olaraq çalışır, Çiuaua ştatında turizmi dəstəkləyir və gender zorakılığına qarşı mübarizə aparır.

 

Üçüncü yeri Peru təmsilçisi Yanik Maseta, ikinci yeri isə braziliyalı Culia Qama tutub.

 

Qeyd edək ki, gözəllik müsabiqəsinin final mərhələsində qalibiyyət uğrunda Peru, Dominikan Respublikası, Braziliya, Hindistan və Meksikadan olan 5 təmsilçi yarışırdı.

 

Oxunma sayı 287