Bu mesajlardan sonra Ermənistanın mövqeyində dəyişiklik yaradacaq - Musa Quliyev  

19:34 28.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Cənab Rəcəb Təyyib Ərdoğanın son bəyanatı Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında qətiyyətli olduğunu bir daha dünyaya bəyan etmiş oldu”. 

Bunu hafta.az-a Milli Məclisin deputatı Musa Quliyev Türkiyə Cumhuriyyəti prezidenti Rəcəb Təyyib Ərdoğanın son bəyanatı ilə bağlı açıqamasında bildirib.

 Deputat eyni zamanda R.T.Ərdoğanın çıxışı zamanı diqqət çəkdiyi nüanslara toxunub. Onun sözlərinə görə, prezidentin çıxışında bir daha bəyan olunub ki, Naxçıvan üzərindən Türkiyə və Azərbaycan arasında quru əlaqə bərapa olunacaq.  Eləcə də bütün  türk dünyasını birləşdirən quru əlaqə yaranacaqdır. 

M.Quliyev bildirib ki,  Tayyib Ərdoğan, - “əgər Ermənistan razılıq verməsə, bu yol İran üzərindən keçməklə açılacaq söyləməklə, həm Ermənistanın,  həm də regionda maraqlı olan güclərin nəbzini yoxlayıb.

“Bu, Ermənistanın son şansının qaldığını bəyan etməkdir, həm də Zəngəzur dəhlizinin Mehridən keçərək  açılmasına maneçilik törədən bölgədən kənar qüvvələrə- "bizə heç nə ilə menə ola bilməyəcəksiz" mesajıdır. Bu yolun İran üzərindən açılması, həm də İranla münasibətləri xoş olmayan bəzi Qərb, Avropa dövlətləri üçün də bir mesajdır. Hesab edirəm ki, bu mesajlardan sonra həm Ermənistanın, həm də onu tətikləyən qüvvələrin mövqeyində dəyişiklik yaradacaq”.

Deputat eyni zamanda qeyd edib ki, istənilən halda İran və Azərbaycan arasında 2021-ci il 11 mart tarixində razılaşma var idi: Araz çayı üzərindən 4 körpü tikilməklə Naxçıvana quru əlaqəsi bərpa olunmalıdır. Onun fikrincə, bu da olacaq. “Amma Mehridən keçən yolun açılması da alternativlər yaratmaq baxımından çox əhəmiyyətlidir-deyə, deputat bildirib.

“Hesab edirəm ki, cənab Ərdoğanın bu bəyanatı, eyni zamanda Azərbaycan ordusunin 24 saatlıq antiterror əməliyyatı və "artsaxın" özünü buraxması ilə bağlı qərarlar, bölgədə  gündəmi dəyişdirməklə, həm də Zəngəzur dəhlizinin açılmasını reallışdıracaqdır.

Oxunma sayı 135
Gündəm rubrikasından digər xəbərlər