Bu qiymətlərin artması anlamına gəlməyəcək" - İlham Mirzəliyev

12:28 14.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında Azəristilik ASC sədrin müavini İlham Mirzəliyev söyləyib.

O qeyd edib ki, bu da onun sosial əhəmiyyəti ilə əlaqədardır:

"Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır. Hər hansı biznesmenin zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Özəlləşdirmənin olması məsələnin həlli deyil. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

İlham Mirzəliyev istilik sisteminin tariflərin artırılmasından da danışıb:

"Hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək".