Bu rayonda su kəsiləcək

11:38 11.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Səbail rayonunun bəzi ərazilərində su olmayacaq.

“Azərsu” ASC-dən hafta.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.