Bu tarixədək Azərbaycan internetlə tam təmin olunacaq 

12:48 24.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilədək Azərbaycanın bütün rayonları tam internetlə təmin olunacaq.

 

Hafta.az-ın məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

 

O bildirib ki, nazirliyin əsas tapşırıqlarından biri rəqəmsal transformasiya üçün zəruri infrastrukturun yaradılmasıdır:

 

"Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi internetlə çıxışla bağlı problem var. 2024-cü ilədək bütün Azərbaycan, hətta ən ucqar rayonlar belə fiber-optik internet bağlantısı ilə təmin olunacaq".

Oxunma sayı 19