Senator Simityan gələcəkdə yenə də Qarabağa gedəcək

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
“AzƏrbaycanın qərarı məyusedici olsa da, mən bundan sonra da bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm“. Bunu amerikalı senator Cozef Simityan Qarabağa səfər etdiyinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin onun adını “qara siyahı“ya salmasına münasibət açıqlayarkən deyib. Qeyd edək ki, ermənimənşəli senator bir qədər öncə Bakı, İrəvan, daha sonra isə Azərbaycanın işğal olunmuş Qarabağ ərazisinə icazəsiz səfər edib. Amerikaya dönən Simityan açıqlamasında deyib ki, Azərbaycan tərəfinin addımı “onun yuxusuna haram qatmayacaq“. “Mən bu barədə Azərbaycandan birbaşa xəbərdarlıq almamışam“ deyən senator qeyd edib ki, Azərbaycan rəsmilərinin Dağlıq Qarabağa dair narahatlığını eşidəndən sonra qarşı tərəfi də dinləmək borcu hiss etdiyi üçün Xankəndinə səfər edib.
Vüsal