Buxarest qış bayramına hazırlaşır

17:55 30.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Buxarest meriyası qış bayramları, Milad və Yeni il münasibətilə 10 milyon işıqla şəhəri bəzəyib. 

Hafta.az xəbər verir ki, hər il milyonlarla yerli vətəndaşı və turistləri cəlb edən Milad bayramı yarmarkası parlament binası önündə açılıb. Bu münasibətlə keçirilən tədbirdə kulminasiya nöqtəsi bayram işıqlandırmasının yanması olub. Yarmarkada konsertlər, milli rumın yemək çeşidləri, tamaşalar, suvenirlər ziyarətçilərə təqdim olunacaq. Rumıniyanın paytaxtında quraşdırılan işıqlar 40 kilometr prospekt və küçələri əhatə edir.

Oxunma sayı 31