Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib

10:56 12.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə səfəri davam edir.

Hafta.az-ın məlumatına görə, Azərbaycan XİN rəhbəri "CNN Türk" kanalına müsahibə verib. Müsahibə zamanı Türkiyə-Azərbaycan münasibətlərinə, Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrə və digər məsələlərə toxunulub.

Qeyd edək ki, Ceyhun Bayramovun dünəndən etibarən Türkiyə rəsmi səfəri başlayıb, səfər çərçivəsində nazir Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlər keçirib.

Oxunma sayı 1896
Siyasət rubrikasından digər xəbərlər