Çin liderinin  Paşinyanla əl verib görüşməməsi kadrlarına aydınlıq gətirildi... - FOTO

17:28 09.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın rusiyapərəst müxalif mediası 9 may qələbə günü ilə əlaqədar  Kremldəki tədbir zamanı Çin prezidenti Si Tzinpinin baş nazir Nikol Paşinyanla əl verib görüşməməsini əks etdirən kadrlar yayıb. 

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə,  Qarabağdan köçmüş erməni siyasətçilərdən olan  Vahram Atanesyan öz “Facebook” səhifəsində mətbuat nəşrlərinə müraciət edərək  erməni hökumət başçısı ilə bağlı məsələyə aydınlıq gətirib.

Paşinyanla Si Tzinpinin görüşüb söhbət etdiyi aydın görünən fotokadrı paylaşan Atanesyan yazıb:

“Məsuliyyətli” mətbuat Çin prezidentinin Nikol Paşinyana salam verib-verməməsi ilə bağlı hay-küy salır. Söhbət şəxsən Nikol Paşinyanla bağlı deyil, Ermənistanın baş naziri, Ermənistan Respublikasının avtoritetindən gedir, mən bu rəsmi fotonu yerləşdirirəm”

Məsələ ondadır ki, Çin lideri Paşinyan ilə tədbir başlamamışdan zalda görüşüb. Lukaşenko ilə isə görüşməyib. Ona görə də tədbir zamanı ikinci dəfə erməni baş nazirlə görüşməyə ehtiyac qalmayıb.