“GUAM ölkələri arasında azad iqtisadi zonaların yaradılması olduqca vacibdir“

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
“GUAM Parlament Assambleyası ilə Baltikyanı Assambleya arasında əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi çox vacibdir“. Bunu Milli Məclisdə “Sərhədlərin üzərindən əlaqələrin qurulması“ adlı beynəlxalq konfransda çıxışı zamanı GUAM Parlament Assambleyasının (PA) sədri Anatoli Dimitriu dilə gətirdi. Onun sözlərinə görə, bu iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsi GUAM PA ilə Avropa İttifaqı arasında əməkdaşlığa yaxşı imkan yaradır. O həmçinin qeyd etdi ki, GUAM ölkələri arasında azad iqtisadi zonaların yaradılması, ticarət, nəqliyyat sahələrində və digər sahələrdə layihələrin birgə həyata keçirilməsi olduqca vacib və əhəmiyyətlidir: “Bir daha qeyd edirəm ki, bunlar GUAM-la Avropa İttifaqının yaxınlaşmasına, əməkdaşlığına yaxşı bir imkan yaradır“.
Nahid Canbaxışlı